Avtotəklif misalları
İki avtotəklif bir-birilərinə qarşı təklif edir
Əgər iki avtotəklif bir-birilərinə qarşı təklif edirsə, ikinci maksimum təklif edən şəxs cari təklifi minimum məbləğlə qaldıracaq. Daha sonra sistem hər iki təklifi dəyərləndirəcək və dərhal qərar verəcək.
Məsələn: Komanda A 50 000 AZN maksimum təklif edir və o vaxta ən maksimum təklif 20 000 AZN-dir. Daha sonra Komanda B 40 000 AZN maksimum təklif edir. Təklif tarixçəsi buna oxşayacaq:
KomandaA - 20 000 AZN
KomandaB - 21 000 AZN
KomandaA - 41 000 AZN
Gördüyünüz kimi, sistem iki təklifi yoxlayır və Komanda A-nın minimum məbləğ ilə Komanda B-nin maksimum təklif (40 000) aralığını buraxır.
Əgər iki komanda eyni maksimum təklif edərsə
Əgər iki komanda eyni maksimum təklifi edərsə, onda ilk maksimum təklif yerləşdirən komanda auksiyonu udur. Əgər biz yuxarıda göstərilən misalı Komanda B-nin təklifini 50 000 AZN olaraq dəyişdirib istifadə etsək, buna oxşayacaq:
KomandaA - 20 000 AZN
KomandaB - 21 000 AZN
KomandaA - 50 000 AZN
Sistem iki təklifləri yoxlayır və maksimumadək olan hissəni atlayır. Və maksimum hər iki komanda üçün eyni olduğundan, ilk təklif edən son təklifi edir.
Əgər manual təklif ilə maksimum təklif eyni məbləğdə olarsa
Əgər hər hansı bir komanda maksimum təklif yerləşdirilmiş oyunçuya manual olaaq eyni təklifi edərsə, o zaman manual qiymət təklifi edən o auksiyonu udacaq. Buna səbəb manual təkliflərin avto-təkliflərə olan üstünlüyüdür. Təklif tarixçəsi belə görsənəcək:
Komanda A – 20 000 AZN
Komanda B – 50 000 AZN
Əgər hər hansı bir komanda maksimum təklifdən aşağı manual təklif edərsə, amma aktiv maksimum təklifi 2% qaldırmaq üçün yetərli deyil
Burada da həmçinin sadə qayda manual təklifi edən avto-təklif yerləşdirilmiş auksiyonda qalib olur. Yuxarıda olan misaldan istifadə edərək, deyək ki, komanda B 49 500 AZN təklif edəcək Komanda A bu təklifi qaldıra bilməyəcək, çünki maksimumu 50 000-dir. Buna baxmayaraq Komanda B auksiyonun qalibi olacaq. Təklif tarixcəsi belə görsənəcək:
Komanda A – 20 000 AZN
Komanda B – 49 500 AZN
Geri >>